Rektorun müşaviri və komendant buna görə bıçaqlanıb - Kabinetinə çağırıb...

12:24 - 28 İyul 2021

Rektorun müşaviri və komendant buna görə bıçaqlanıb - Kabinetinə çağırıb...

Bakı Dövlət Universitetinin rektor müşavirinin bışaqlanma səbəbi məlum olub.

 

Manset.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müşavir Mirzə Mirzəyevi bıçaqlayan İsmixan Mirzəyev universitetdə suvaqçı-rəngsaz işləyirmiş.

Dünən müşavir onu öz kabinetinə çağıraraq artıq işdən çıxarıldığını bildirib. Bundan əsəbiləşən İ.Mirzəyev müşavir stolunun üstündəki meyvə bıçağını götürərək onu bıçaqlayıb.

Bu zaman səs-küyə gələn komendant Şahlar Bəgalıyev otağa daxil olub və İsmixan Mirzəyev onu da bıçaqlayıb.

Hazırda müşavir Mirzə Mirzəyev xəstəxanada müalicə olunur. İsmixan Mirzəyev isə tutularaq istintaqa cəlb edilib. O, Cinayət Məcəlləsinin 12-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.


Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin