Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
23:25 - 14 İyul 2022
London ICE birjasının məlumatına görə, gün ərzində Brent markalı neftin fyuçerslərinin dəyəri 95 dollar/bareldən aşağı düşüb.
Manşet.az xəbər verir ki, bu barədə "Meduza" məlumat yayıb.Ukraynada müharibə başlayandan bəri ilk dəfə olaraq neft fevralın 20-dən - işğaldan əvvəlki son günlərdə satıldığı səviyyədən aşağı düşüb.
95 dollardan aşağı düşdükdən sonra neft əvvəlki bağlanışdan 3%-dən çox aşağı olmaqla 96 dolların bir qədər yuxarı səviyyəsinə qayıdıb.
FED-in monetar siyasətinin sərtləşdirilməsi gözləntiləri fonunda neft qiymətləri son həftələr ərzində davamlı olaraq azalmaqdadır ki, bu da ABŞ iqtisadiyyatında resessiyaya səbəb ola bilər. Bundan başqa, dolların digər ehtiyat valyutalara nisbətən bahalaşması da qiymətlərin aşağı düşməsinə şərait yaradır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin