Qusarda toy qaydalarını pozan şəxslər cərimələndi - FOTO

11:15 - 28 İyul 2021

Qusarda toy qaydalarını pozan şəxslər cərimələndi - FOTO

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində olan toy şənliklərində nəzarət-profilaktiki tədbirlər keçirilib.

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, bir neçə toy mərasimində karantin rejim qaydalarının pozulması müəyyən edilib.

Bəzi şadlıq evlərində və həyətlərdə təşkil olunmuş palatka məclislərində əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, COVID-19 pasportu olmadan insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimlərinin təşkil edildiyi aşkarlanıb.

Rayon Polis Şöbəsi əməkdaşları qeyd olunan qaydalara riayət etməyən obyekt sahibləri və həyətlərdə keçirilən məclis təşkilatçıları barədə qanunvericiliyin tələblərinə müvafiq olaraq inzibati protokol tərtib edib.



Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin