Lənkəranda axtarışda olan şəxs tutuldu

12:29 - 14 İyun 2021

Lənkəranda axtarışda olan şəxs tutuldu

Lənkəran rayonunda axtarışda olan şəxs tutulub.

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsinə əsasən barəsində axtarış elan edilmiş Lənkəran rayonunun Şilavar kənd sakini S.Əliyev saxlanılıb.

Saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

aktla bağlı araşdırma aparılır


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin