Meymunçiçəyinin gizli əlaməti

14:19 - 13 İyul 2022

Meymunçiçəyinin gizli əlaməti

Meymunçiçəyi və digər ciddi xəstəliklərin gizli əlamətlərindən biri allergik səpki ola bilər.

 

Manset.az xəbər verir ki, bu barədə rusiyalı immunoloq, tibb elmləri doktoru Vladislav Jemçuqov xəbərdarlıq edib:

“Səpkisi olanlara həkimə müraciət etməyi məsləhət görərdim, çünki səpki ilə daha ağır xəstəlik keçirə bilərlər. Məsələn, indi ləkəli qızdırma kimi bir xəstəlik var. Bu, olduqca ağır şeydir. Səpki yarada biləcək xəstəliklərlə bağlı testlər aparmaq üçün ilk mərhələdə həkimə müraciət etmək lazımdır”.

İmmunoloq izah edib ki, meymunçiçəyi virusunun yüngül formada davam etdiyi bədəndə səpkilər allergiya kimi də maskalana bilər.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin