Avro və türk lirəsi ucuzlaşdı - SON qiymət

09:41 - 13 İyul 2022

Avro və türk lirəsi ucuzlaşdı - SON qiymət

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

 

Manset.az xəbər verir ki,  2022-ci il iyulun 13-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

Lakin bayramdan sonra avro və türk lirəsinin manata nisbətdə məzənnəsində enmə qeydə alınıb. Belə ki, əgər bayramdan öncə bir avro 1.7263 manat idisə, hazırda bu göstəricisi 1.7060-dır. Türk lirəsinin məzənnəsində də enmə müşahidə olunur. Belə ki, ötən həftə  1 türk lirəsi 0.0985 manat idisə, hazırda bir türk lirəsi üçün bu göstərici 0.0981 manatdır.

Rusiya rublunu məzənnəsində isə artım baş verib. Belə ki, 1 Rusiya rublunun məzənnəsi isə 0.0279 manata yüksəlib. Ötən həftə isə bu göstərici müvafiq olaraq 0.027 idi.

AMB bu günə olan rəsmi valyuta məzənnələri ilə bu linkə daxil olmaqla daha ətraflı tanış ola bilərsiniz.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin