SON DƏQİQƏ: Azərbaycanda Aİ-95” markalı benzinin qiyməti QALXDI - RƏSMİ AÇIQLAMA (FOTO)

23:47 - 12 İyul 2022

SON DƏQİQƏ: Azərbaycanda Aİ-95” markalı benzinin qiyməti QALXDI - RƏSMİ AÇIQLAMA (FOTO)

Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edilib.

Manset.az-ın məlumatına görə,  “Aİ-95” premium markalı benzin 0,4 manat bahalaşıb və yeni satış qiyməti 2 manat təşkil edib.

Qeyd edək ki, buna qədər “Aİ-95” premium markalı benzinin litri 1,6 manatdan satılırdı.

 

Məsələ ilə bağlı Manset.az Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla əlaqə saxlayıb. O qiymət artımı məsələsi ilə bağlı xəbəri nə təsdiq, nə də inkar edib.

"Mən bu barədə danışmaq istəmirəm, gecəniz xeyrə"

 

Qeyd edək ki, Azərbaycanda yanacağın qiymətinin qalxacağı ilə bağlı ilk xəbəri Manset.az Xəbər Portalı dərc edib.

 

 



Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin