Çempionlar Liqasında 4 oyunda 10 qol vuruldu

23:20 - 27 İyul 2021

Çempionlar Liqasında 4 oyunda 10 qol vuruldu

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin 4 cavab oyunu keçirilib.

Manset.az xəbər verir ki, qarşılaşmaların ardından “Legiya” (Polşa), "Malmö" (İsveç), "Dinamo" (Zaqreb, Xorvatiya) və "Ferentsvaroş" (Macarıstan) mərhələ adlayıb.

4 oyunda qapılara 10 qol vurulub. “Flora” (Estoniya), HİK (Helsinki, Finlandiya), "Omoniya" (Kipr) və "Jalgiris" (Litva) Avropa Liqasının III təsnifat mərhələsində mübarizəyə davam edəcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

20:00. “Flora” (Estoniya) - “Legiya” (Polşa) - 0:1

İlk oyun: 1:2

20:00. HİK (Helsinki, Finlandiya) - "Malmö" (İsveç) - 2:2

İlk oyun: 1:2

20:00. "Omoniya" (Kipr) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:1

İlk oyun: 0:2

21:00. "Jalgiris" (Litva) - "Ferentsvaroş" (Macarıstan) - 1:3

İlk oyun: 0:2

Qeyd edək ki, digər cavab oyunları iyulun 28-də olacaq.


Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin