“Forbes” Qarabağ savaşına diqqət çəkdi: “Azərbaycan ordusunun qələbəsi...”

22:05 - 27 İyul 2021

“Forbes” Qarabağ savaşına diqqət çəkdi: “Azərbaycan ordusunun qələbəsi...”

ABŞ-ın nüfuzlu “Forbes” qəzeti son zamanlarda pilotsuz uçan aparatlarının (PUA) istehsalı sahəsində Türkiyənin imza atdığı uğurlara diqqət çəkib.

Manset.az Teleqraf.com-a istinadən xəbər verir ki, məqalədə Türkiyə istehsalı dronların Azərbaycan ordusu tərəfindən peşəkarlıqla istifadəsindən də bəhs olunub.

Polşanın Türkiyədən PUA alan ilk NATO üzvü ölkəsi olduğunu xatırladan nəşr yazıb: “Polşa Türkiyədən tank əleyhinə “TB2” aldı. Polşa müdafiə naziri Blaşak bunun müharibədə özünü doğrultduğunu söyləyib. Ukrayna Türkiyənin müştəriləri arasındadır. Qara dənizdəki missiyası üçün Türkiyədən dronlar alıb. Bunlar Kiyevin son 30 ildə aldığı ən böyük yeni döyüş təyyarələridir”.
Məqalədə digər Avropa Birliyi ölkələrinin də (Albaniya və Latviya) Türkiyədə istehsal olunan pilotsuz uçan aparatlar satın almağı planlaşdırdıqları bildirilib.

“Forbes” Türkiyə istehsalı dronların 2020-ci ildə üç fərqli döyüş bölgəsində uğur qazanmasına diqqət çəkib: “Fevral ayında İdlibdə Suriya ordusu və silahlılarını zərərsizləşdirdi. Türkiyənin pilotsuz təyyarələri Liviyada kritik rol oynadı. Dağlıq Qarabağda da “Bayraktar TB2”-lər istifadə edildi. “TB2”-lərlə gücləndirilmiş Azərbaycan ordusu Qarabağdakı döyüşdə erməni ordusunu məğlub etdi”.


Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin