Azərbaycan NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
24 Noyabr 2024
11:24 - 11 İyul 2022
Gürcüstan-Ermənistan sərhədində, Cavaxeti dağlarında aylardır zəlzələlər davam edir. Həmçinin qonşu İranda ard-arda zəlzələlərin baş verməsi sual doğurur ki, bu Azərbaycanda da baş verə bilərmi?
Manset.az xəbər verir ki, bu barədə Oxu.Az-ın suallarını AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli cavablandırıb.
Onun sözlərinə görə, əslində, Azərbaycanda hər gün zəlzələ baş verir, lakin bu yeraltı təkanlar hissolunan deyil:
“Nəzərə almaq lazımdır ki, seysmogen bölgədə zəlzələ olmalıdır. Alp-Himalay seysmik qurşağı bütöv şəkildə seysmogen bölgədir və Alp dağlarından başlayıb, Himalay dağları ilə Sakit okeana qədər uzanır. Bu qurşaqda hər gün mütəmadi olaraq təkanlar baş verir”.
Q.Yetirmişli vurğulayıb ki, görünür, Azərbaycanda hissolunan təkanlar baş vermədiyi üçün çox da duyulmur:
“Lakin qeyd etmək yerinə düşər ki, hər gün 25-35, bəzi hallarda isə 40-a qədər zəif təkanlar olur. Yəni yerdaxili proseslər daim var və olmalıdır. Yer də sanki insan kimi nəfəs alır”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin