Bakıda axtarışda olan şəxs "Maşın bazarı"nda özünü partlatdı - Polislər xəsarət aldı

20:29 - 27 İyul 2021

Bakıda axtarışda olan şəxs

Azərbaycanda axtarışda olan şəxs özünü qumbara ilə partladıb.

Manset.az xəbər verir ki, bu barədə Musavat.com-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Səbail rayonu, “Maşın bazarı” adlanan ərazidə axtarışda olan şəxs özünü qumbara ilə partladıb.

Hadisə zamanı onu zərərsizləşdirmək istəyən 3 polis əməkdaşı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

****

Bakıda özünü qumbara ilə partladan şəxsin kimliyi məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, həmin şəxs Mingəçevir şəhər sakini Museyb Ələsgərovdur.


Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin