Vəzifəli şəxs minaya düşdü - Silah-sursata görə

15:18 - 27 İyul 2021

Vəzifəli şəxs minaya düşdü - Silah-sursata görə

27 iyul 2021-ci il tarixdə partlamamış silah-sursatın axtarışı ilə bağlı Cəbrayıl rayonunun Mehdili kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Nəsirov Bəhruz Tapdıq oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Cəbrayıl rayon prokurorluğundan Manset.az-a bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.


Xəbər xətti

24 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin