İlham Əliyev bu qanunu TƏSDİQLƏDİ
15 Oktyabr 2024
12:35 - 8 İyul 2022
İyulun 2-də gecə saatlarında Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən “Altun” şadlıq sarayında bıçaqlanan tamada Natiq Dağlaroğlu (red. əsl adı Yaqub Mehdiyev) ilk dəfə başına gələn hadisə barədə danışıb.
Manset.az-ın məlumatına görə, N.Dağlaroğlu toyda bıçaqlanmadığını deyib:
“Mən bu videonu çəkmək üçün məcbur oldum, məcburiyyət qarşısında çəkdim. Bəzi şayiələr yayılır ki, Natiq Dağlaroğlunu toyda bıçaqladılar.
Heç də elə deyil, yanlış məlumatdır. Mənim toyda yox, toydan kənarda başıma belə bir gözlənilməyən hadisə gəldi.
Mən hər birinizə bir daha təşəkkür edirəm. Dualarınız üçün təşəkkür edirəm. Nigaranlığınız üçün təşəkkür edirəm.
Hər kəs bilsin ki, mən yenə həyata qayıtdım. Amma heç də deyilən məlumat düz deyil.
Bir daha təşəkkür edirəm. Mən yaxşıyam. İnşallah bərabər olacağıq”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin