"Deyirlər, qız övladını oxumağa qoyursunuz?" - Eldəniz Məmmədov (VİDEO)

13:01 - 7 İyul 2022

Müğənni Eldəniz Məmmədov bir müddət əvvəl qalmaqala səbəb olan açıqlamasına aydınlıq gətirib. 

 

Manset.az xəbər verir ki, "Həmin Zaur" verilişinə dəvət olunan ifaçı "Qız övladını oxumağa qoymaram" sözlərini söylərkən müğənniliyin qadın üçün ağır iş olduğunu demək istədiyini bildirib:

"Neçə dəfə sual veriblər, cavabımız isə qalmaqala səbəb olub. Deyirlər, qız övladını oxumağa qoyursunuz? Bir çox sənət dostum, eləcə də mən "yox" deyirəm. Xanım ifaçıların işi çətindir. Mən buna görə "yox" deyirəm. Görürəm, xanımlar necə əziyyət çəkirlər. Çox çətin sənətdir. Həm ailə sahibi olasan, həm övlad böyüdəsən, həm studiyaya gedib mahnı oxuyasan, həm də evdə yoldaşına yemək bişirəsən".


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin