Prezidentdən Fərid Əhmədovla bağlı SƏRƏNCAM
22 Noyabr 2024
11:13 - 27 İyul 2021
"İyulun 1-də paytaxt restoranlarının birində canlı yayım etdik. Dünyasını dəyişən Xalq artisti Səməd Səmədov həmin tədbirdə idi. Və hamıya gözaydınlığı verirdi".
Manset.az xəbər verir ki, bunu DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib. ARB24-də "İşgüzar səhər" verilişində qonaq olan E.Hacıyev Xalq artisti Səməd Səmədovun koronovirusdan vəfat etməsindən danışıb:
"COVID-lə bağlı orada bizə dəstək oldu, ictimaiyyətə elan etdi. Ancaq onun bu gün bizim aramızda olmaması, həyatını itirməsi COVID-lə bağlı məsələdir. O, sağlamlığına biganə yanaşırdı. Nəticədə hansı ki, özündən başqa qohumları da koronavirusdan həyatını dəyişmişdi. Bu artıq cəmiyyətə bir çağırış olmalıdır. Nəyə qurban gedirdi, necə oldu.
Ötən ilin statistikası və bugünkü günlə müqayisəli təhlillər aparılır. Bu təhlillərin içində azalmaya doğru dövlətin gördüyü tədbirlər var. İddia edirlər ki, çarpayı ehtiyatı, müvafiq xəstəxanalar kifayət qədər var. Ancaq niyə dövləti, səhiyyə qurumlarını, dövlət təşkilatlarını bu qədər yükləyək? Əgər bu həll olunandırsa və mümkündürsə, insanın şəxsi məsuliyyətindən irəli gələn haldırsa, niyə bu qaydalara etinasız yanaşırıq? Dəqiq mövqeyimiz ondan ibarətdir ki, qaydalara ciddi əməl edilməlidir. Toy, nişan, ad günü mərasimlərinin keçirilməsi ilə bağlı normalar gözlənilməlidir".
Qeyd edək ki, Səməd Səmədovun bacısı və baldızı da koronovirusdan dünyasını dəyişib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin