Satmaq üçün narkotik yetişdirən 65 yaşlı qadın saxlanıldı - FOTO

10:32 - 27 İyul 2021

Satmaq üçün narkotik yetişdirən 65 yaşlı qadın saxlanıldı - FOTO

Şəmkir rayonunda həyətində narkotik yetişdirən 65 yaşlı qadın saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional Manset.az-a qrupundan verilən məlumata görə,  rayonun Bayramlı kənd sakini, 1956-cı il təvəllüdlü Sevil Əliyevanın özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Şəmkir RPŞ Zəyəm Polis Bölməsinin əməkdaşları tərəfindən əraziyə baxış zamanı oradan 60 ədəd ümumi çəkisi 38 kq 300 qram olan narkotik çətənə aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını cari ilin may ayında satış məqsədi ilə əkdiyini etiraf edib.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin