Baydendən İraqın baş nazirinə: "Heç bir hərbi missiyada iştirak etməyəcəyik"

00:46 - 27 İyul 2021

Baydendən İraqın baş nazirinə:

ABŞ İraqla sonrakı əməkdaşlığını bu ölkənin güc strukturlarının təliminə və İŞİD-lə mübarizə istiqamətində cəmləşdirəcək.

Manset.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.

"Düşünürəm ki, işlər yaxşı gedir, İraqdakı rolumuz təlimlərə kömək etmək, yenidən yüksələn İŞİD-lə mübarizəyə kömək etməkdən ibarət olacaq, amma heç bir hərbi missiyada iştirak etməyəcəyik", - deyə Bayden Ağ Evdə İraqın Baş naziri Mustafa əl-Kazemi ilə görüşdə deyib.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin