Milli Məclis Lüksemburq Deputatlar Palatasının qərəzli qətnaməsinə dair bəyanat yaydı
21 Noyabr 2024
10:37 - 14 İyun 2021
Bakı Olimpiya Stadionunda Avropa çempionatının A qrupunda İsveçrənin Uelslə 1:1 hesablı heç-heçə etməsi Türkiyə yığmasının əhval-ruhiyyəsini yüksəldib.
Manşet.az "Milliyet"ə istinadən xəbər verir ki, bu vəziyyətin komandada arxayınlığa səbəb ola biləcəyini düşünən baş məşqçi Şenol Güneş futbolçulara xəbərdarlıq edib.
69 yaşlı mütəxəssis bildirib ki, rəqibləri qarşılaşmanı "ay-ulduzlular"ın istədikləri kimi başa vurublar. Lakin o, qrupdakı vəziyyətlərində dəyişikliyin baş vermədiyini söyləyib: "Bəlkə də bizə 4 xal kifayət edəcək. Amma digər iki oyunu qazanaraq qrupdan çıxmalıyıq. Bütün Türkiyəni və qardaş ölkə Azərbaycanı xoşbəxt etməliyik. Son iki görüşdə sizə yaraşanı edəcəyinizə inanıram".
Qeyd edək ki, AVRO-2020-nin açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyə yığması iyunun 16-da Bakı Olimpiya Stadionunda Uelslə qarşılaşacaq. Kollektiv 4 gün sonra İsveçrə ilə münasibətlərinə aydınlıq gətirəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin