"Gənclər evlənmirlər, toylar azalıb" - Müğənni şikayətləndi

19:14 - 4 İyul 2022

Son vaxtlar toy məclislərinin azaldığı iddia olunur.İnsanlar toyu əvvəllər 6-7 ay qabaqcadan müğənniyə sifariş edirdilərsə, indi bu statistika bir az dəyişib. Toyların təşkilinə icazə verilməsinə baxmayaraq, keçirilən el şənliklərinin sayı pandemiyadan öncəki dövrdən çox aşağıdır.İki il öncəyə qədər Məhərrəm ayı və matəm günləri istisna olmaqla, hər gün toy edənlərin sədasını eşidirdik. Ya toy korteji ilə rastlaşır, ya hansısa binadan gələn vağzalının əks-sədasını eşidir, ya da yolda fotosessiya etdirən bəy-gəlin görürdük

Bəs görəsən, toylar niyə azalıb? Niyə müğənnilər əvvəlki kimi el şənliklərinə dəvət almırlar?

Manşet.az  xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Əlikram Bayramov artıq gənclərin evliliyə əvvəlki kimi maraq göstərmədiyini, buna görə toyların azaldığını bildirib:

“Düzdür, toylar zəifləyib. Əvvəlki kimi el məclisləri keçirilmir. Toylar ara-sıra olur. Bilmirəm evlənənlərin sayı azalıb, yoxsa başqa təsirlər var, amma toylar əvvəlki kimi deyil. Məncə, müğənnilərin toylara əvvəlki kimi dəvət olunmamasının səbəbi bahalıq deyil. Mən öz adıma deyə bilərəm ki, toylara elə də baha getmirəm. Sadəcə evlənənlərin sayı azdır, gənclər evlənmirlər. Ümumiyyətlə, evliliyə maraq azalıb. Evlənirlər və bir az keçir ayrılırlar.  Pandemiyadan sonra elə də qiymət qaldırmamışam. Allah bütün subaylara toy qismət eləsin. Subaylar evlənsin, bekar gəzməsinlər”.

Əməkdar artist Vasif Məhərrəmli isə insanların aza qane olmamasından gileylənib:

“İnsanlar aza qane olanda hər şey gözəl olur. Problem ondadır ki, bu gün insanlar aza qane olmağı bacarmırlar. Pandemiyadan sonra bəzi müğənnilər toy qiymətlərində dəyişiklik etsələr də, məndə hər şey stabil qaldı”.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin