Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
19:40 - 3 İyul 2022
2022-ci ilin yanvar-iyun aylarında Türkiyənin Adana vilayətinin Ceyhan rayonundakı Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin dəniz terminalından 106 982 579 barel xam neft nəql edilib.
Manset.az xəbər verir ki, Heydər Əliyev adına terminala daxil olan xam neft oradan tankerlərlə dünya bazarına göndərilir.
2022-ci ilin yanvar-iyun aylarında isə 148 tanker dünya bazarına 106 milyon 982 min 579 barel xam neft çıxarıb.
Ən böyük neft həcmi may ayında - 20 479 706 barel, ən kiçik həcm isə fevralda 13 581 125 barel göndərilib.
Xatırladaq ki, BTC vasitəsilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və “Şahdəniz” yatağından hasil edilən kondensat nəql olunur. “BTC Co”-nun səhmdarları aşağıdakılardır: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); “Equinor” (8,71 %); TPAO (6,53 %); “Eni” (5 %); “Total” (5 %), “Itochu” (3,4 %); INPEX (2,5 %), “Exxon Mobil” (2,5 %) və “ONGC (BTC) Limited” (2,36 %).
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin