Şəmkir sakini dayısını qətlə yetirdi

18:19 - 26 İyul 2021

Şəmkir sakini dayısını qətlə yetirdi

Şəmkir rayonunda qətl törədilib.

Manset.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Şəmkir rayon sakini, 1970-ci il təvəllüdlü Nizami Böyükkişiyev mübahisə zəminində bacısı oğlu, 1989-cu il təvəllüdlü Turan Əzizov tərəfindən bıçaqlanıb. Bir neçə bıçaq xəsarətləri alan N.Böyükkişiyev Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Onu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.(report)


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin