Azərbaycan və Türkiyə birgə hərbi təlim keçiriblər - FOTO

17:59 - 2 İyul 2022

Azərbaycan və Türkiyə birgə hərbi təlim keçiriblər - FOTO

Azərbaycan və türkiyəli hərbçilərin iştirak etdikləri birgə təlimlərdə müxtəlif tapşırıqlar icra edilib.

Manşet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbi qulluqçular təlimin ssenarisinə uyğun olaraq axtarış-xilasetmə, yaralıların döyüş meydanından təxliyəsi və digər tapşırıqları yerinə yetiriblər.

Təlimdə qarşıya qoyulan tapşırıqlar hər iki qardaş ölkənin hərbçiləri tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilərək uğurla icra olunub.

 


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin