Azərbaycan neftinin qiyməti yenidən 125 dolları keçdi

09:32 - 2 İyul 2022

Azərbaycan neftinin qiyməti yenidən 125 dolları keçdi

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,9 ABŞ dolları, yaxud 1,54 % artaraq 125,3 ABŞ dolları təşkil edib.

Manset.az xəbər verir ki, hərraclarda “Brent” markalı neftin sentyabr fyuçersləri 111,48 ABŞ dollardan satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin