Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
18 Noyabr 2024
18:20 - 1 İyul 2022
Müğənni Rəqsanə İsmayılova qızı Aysunun toy məclisində iştirak etməməsinin səbəbini açıqlayıb.
Manşet.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rəqsanə sosial şəbəkə hesabında paylaşım edib.
İfaçı səhhətində yaranan problemdən söz açıb:
“Hər bir valideynin arzusudur ki, balası xoşbəxt olsun. Qismət elə gətirdi ki, səhhətimdə yaranan problemlərə görə qızımın toyunda iştirak edə bilmədim. Hələ də qızdırmam var. Bu gün yenidən həkimə gəldik. Müayinə olunuram. Onsuz da Aysunumun nişanı toy kimi oldu. İnşallah, yaxşı olaram”.
Rəqsanə, həmçinin, Bakıda oğlu üçün keçirəcəyi məclisin tarixini də açıqlayıb:
“İyulun 25-də Bakıda oğlumun məclisində yenidən dostlarla bir araya gələcəyik. Allah qismət etsə. Qızımın bu xoş günündə onu tək qoymayan bütün dostlarıma, tanışlarıma təşəkkür edirəm. Allah bütün balaları xoşbəxt etsin, bizimkiləri də içində. Qızımın arzusu fərqli toy etmək idi, şükürlər olsun ki, bu toy da baş tutdu”.
Qeyd edək ki, Aysun ötən gün Eşqin adlı bəylə Bakıda dəniz kənarı restoranların birində şou-biznes nümayəndələrinin də iştirakı ilə ailə həyatı qurub.
Rəqsanənin paylaşdığı videonu təqdim edirik:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin