"Bu halda qapanmaya getməyə məcbur olacağıq" - Şahmar Mövsümov

15:44 - 26 İyul 2021

"Əgər epidemioloji vəziyyət pisləşsə, qapanmaya getməyə məcbur olacağıq. Çünki insanlar ölür, xəstəxanalar dolur".

Manset.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bunun qarşısını qapanmadan almaq çox çətindir:

“Əgər insanlar qısa müddətdə kütləvi vakansiyaya getsələr, onda qapanmalara ehtiyac qalmayacaq”.


Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin