"Koronavirusdan ölənlərin 99%-i vaksin vurdurmayanlardır" - Prezidentin köməkçisi

15:19 - 26 İyul 2021

“Azərbaycanda koronavirus əleyhinə vaksinasiya başlayandan bu günə qədər koronavirusdan ölənlərin 99%-i vaksin vurdurmayan şəxslərdir”.

Manset.az  xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

"Bu bir daha göstərir ki, doğru seçim peyvəndlənmədir", - deyə o, qeyd edib.

Ş.Mövsümov həmçinin sentyabra qədər bir sıra müəssisələrdə məcburi peyvəndlənmə olacağını da bildirib.


Xəbər xətti

6 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin