Bu yollarda tıxac yarandı

09:24 - 1 İyul 2022

Bu yollarda tıxac yarandı

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

 

Bu barədə Manset.az-a Mərkəzdən bildirilib.

Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Ziya Bünyadov prospektində - (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, DİN Hospitalının qarşısına qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində)

2. Moskva prospektində - (Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar dairəsinə qədər - əsas və kənar yol)

3. Bakı-Sumqayıt şossesində - (Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər)

4. Tiflis prospektində - (20 Yanvar dairəsidən başlayaraq, Həsən Əliyev küçəsi ilə kəsişməsinə qədər, şəhər istiqamətində).


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin