Gədəbəydə 17 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürdü

14:29 - 26 İyul 2021

Gədəbəydə 17 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürdü

İyulun 25-i saat 18 radələrində Gədəbəy rayon, Novosaratovka kənd sakini, 2004-cü il təvəllüdlü Ceyhun Paşayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Manset.az-a Gədəbəy Rayon Prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Ceyhun Paşayev yaşadığı kənddə Gədəbəy Telekommunkasiya Qovşağına məxsus taxta materialdan olan rabitə dayağının üzərinə bərkidilmiş məftildən tutarkən elektrik cərəyanının vurması nəticəsində ölüb.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin