SON DƏQİQƏ: Azərbaycanda İNSİDENT - POLİS YARALANDI

13:07 - 30 İyun 2022

SON DƏQİQƏ: Azərbaycanda İNSİDENT  - POLİS YARALANDI

Polis narkotik əkəni saxlayarkən xəsarət alıb.

 

Bu barədə Manset.az-a DİN Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

O daha sonra bunları deyib.

"Yevlax rayonunun Hacıselli kəndi ərazisində narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsi barədə Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında polis əməkdaşları həmin əraziyə gediblər. 
Narkotik tərkibli bitkilərin əkilib-becərdilməsini təşkil edən əvvəllər məhkum olunmuş, kənd sakini Röyal İsmayılov saxlanılarkən polis əməkdaşına kəsici alətlə xəsarət yetirib. Ərazidən 50 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir."


Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin