“Səni itirəndə canımdan can getdi” - Şəhid Milli Qəhrəmanın oğlu

09:26 - 14 İyun 2021

“Səni itirəndə canımdan can getdi” - Şəhid Milli Qəhrəmanın oğlu

Azərbaycanın Milli Qəhrəmanı, ötən il iyulun 14-də Tovuz rayonu istiqamətində baş vermiş döyüşlər zamanı şəhid olmuş polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev sosial şəbəkədə atası ilə bağlı təsirli paylaşım edib.

Manşet.az həmin paylaşımı təqdim edir:

“11 ay oldu, canım atam. Yaman darıxırıq sənin üçün. Hər yerdə səni axtarıram. Sən mənim arxa, dayağım idin. Canımdan can getdi səni itirəndə. Gülərüz, mehriban atam. Nə yaxşı xüsusiyyətlər var idisə, səndə toplanmışdı. Üzün hər zaman gülərdi. Bizim də hər zaman kədərdən uzaq, xoşbəxt olmağımızı istərdin. Üzümüzdən gülüş əksik olmasın istərdin. Amma, ata, indi gülsəm belə, sənsizlik ağır gəlir. Və ağırlıq, boşluq hər zaman ürəyimizdə qalacaq.

Əvəz olunmaz insan, gözəl şəxsiyyət, mərd, peşəkar zabit, Azərbaycanın Milli Qəhrəmanı, ruhun şad olsun! Unudulmayacaqsan, Cənab Polkovnik!”


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin