Sıxlıq səbəbindən avtobuslar gecikir

13:43 - 28 İyun 2022

Sıxlıq səbəbindən avtobuslar gecikir

Hazırda Bakıda bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmə müşahidə olunur.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb.

Məlumata görə, hazırda paytaxtın Akademik Həsən Əliyev küçəsindən Azadlıq prospekti ilə kəsişməyə qədər müşahidə olunan nəqliyyat sıxlığı ilə əlaqədar 6, 13, 61 və 83 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda 16-23 dəqiqə gecikmə var.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin