Ukrayna Rusiyanın itkilərini AÇIQLADI

12:50 - 28 İyun 2022

Ukrayna Rusiyanın itkilərini AÇIQLADI

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 35 250 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, Rusiyanın 1 567 ədəd tankı, 3 704 ədəd zirehli döyüş maşını, 778 ədəd artilleriya sistemi, 243 ədəd reaktiv yaylım atəş sistemi, 102 hava hücumundan müdafiə sistemi, 217 ədəd hərbi təyyarəsi, 185 ədəd helikopteri, 139 qanadlı raketi, 2 589 ədəd nəqliyyat vasitəsi və avtoçən, 14 ədəd gəmi-kateri, 636 ədəd dronu və 61 ədəd xüsusi texnikası məhv edilib.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin