Bakıda özünü 11-ci mərtəbədən atan ginekoloqun ailə vəziyyəti ilə bağlı DETALLAR - YENİLƏNDİ (FOTO)

16:26 - 28 İyun 2022

Bakıda özünü 11-ci mərtəbədən atan ginekoloqun ailə vəziyyəti ilə bağlı DETALLAR - YENİLƏNDİ (FOTO)

Bakıda baş verən intihar hadisəsi barədə bəzi detallar məlum olub.

 

Manset.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, ginekoloq-həkim Xalidə Kəngərlinin həyat yoldaşının psixoloji problemləri olub.

O, 10 ilə yaxındır ki, evdə qapalı şəraitdə qalırmış. Evin bütün yükü həkimin çiyinlərində imiş.

X.Kəngərlinin iki övladı var. Onu tanıyanlar pozitiv, həyat dolu olduğunu və intihar etməsinə inanmadıqlarını bildiriblər.

Qonşuların dediyinə görə, hadisədən sonra həkimin iki qardaşı onun həyat yoldaşını döyüb.

Həkim bu gün dəfn olunub.

 

11:50

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, tanınmış ginekoloq-həkim Xalidə Kəngərli özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binadan atıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin