Prezident İlham Əliyev Almaniyada işgüzar səfər etdi - FOTO
26 Aprel 2024
11:30 - 28 İyun 2022
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbi 3-cü Dünya Müharibəsi ilə hədələyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Medvedev deyib ki, Krım yarımadasına hər hansı müdaxilə 3-cü dünya müharibəsinə gətirib çıxaracaq:
"Bizim üçün Krım Rusiyanın bir hissəsidir. Krıma təcavüz ölkəmizə qarşı müharibə elan etmək deməkdir. Əgər bunu NATO üzvü olan bir ölkə edərsə, bütün Şimali Atlantika Alyansı ilə münaqişə, Üçüncü Dünya Müharibəsi başlayacaq. Bu, tam bir fəlakətdir".
İsveç və Finlandiyanın mümkün NATO üzvlüyündən danışan Medvedev Rusiyanın cavab addımlarına hazır olduğunu bildirib və bu addımlar arasında adı çəkilən ölkələrin sərhədlərinə "İskəndər" hipersəs raketlərinin yerləşdirilməsinin də olduğunu vurğulayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin