Rusiyalı həmsədr Qarabağı müzakirə etməkdən imtina etdi

11:16 - 28 İyun 2022

Rusiyalı həmsədr Qarabağı müzakirə etməkdən imtina etdi

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Qarabağı müzakirə etməklə bağlı təklifi qəbul etməyib.

 

Manset.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosunun məlumatında qeyd olunub.

“ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri bu gün öz həmkarları ilə Qarabağın gələcəyini müzakirə etmək üçün söhbət aparıb. Təəssüflər olsun ki, rusiyalı həmsədr təklifi qəbul etməyib. Biz Minsk qrupunun işinin davam edəcəyinə ümid edirik”, - deyə məlumatda vurğulanıb.


Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin