Şri-Lankada iqtisadi böhranın dərinləşməsindən sonra əsas xidmətlər istisna olmaqla, yanacaq satışı 2 həftəlik dayandırılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şri-Lanka 1948-ci ildə müstəqillik qazandıqdan sonra ən pis iqtisadi günlərini yaşayır.
Keçən ilin sonundan ən zəruri malları belə idxal edə bilməyən ölkədə yanacağın satışına məhdudiyyət qoyulub.
Ölkədə sadəcə 1 günlük yanacağın qaldığı bildirilib.