Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, bu barədə "qaynar xətti"nə məlumat daxil olub.
Hadisə zamanı "Ford Fusion" və "Opel Astra" markalı avtomobillər toqquşublar.
Şahidin sözlərinə görə, sürücülərdən biri ağır yaralanıb.