ABŞ-da yük maşınından 46 miqrantın meyiti aşkar edildi - VİDEO

09:42 - 28 İyun 2022

ABŞ-da yük maşınından 46 miqrantın meyiti aşkar edildi - VİDEO

ABŞ-ın Texas ştatının San-Antonio şəhərində yük maşınından 46 miqrantın meyiti tapılıb.

 

Manset.az xəbər verir ki, ağır vəziyyətdə olan 16 nəfər yük maşınının qoşqusundan çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Onlardan dördünün azyaşlı olduğu bildirilir.

Sağ qalanlar isə hipertermiyadan və uzun müddət davam edən qızdırmadan əziyyət çəkirlər.  

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım maşınları cəlb edilib.

İlkin məlumata görə, kütləvi insan ölümünə yük maşınının qoşqusunda kondisionerin işləməməsi və qoşquda içməli suyun olmaması səbəb olub.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin