Prokurorluq Daşkəsəndə toyda baş verən qətllə bağlı MƏLUMAT YAYDI

09:45 - 26 İyul 2021

Prokurorluq Daşkəsəndə toyda baş verən qətllə bağlı MƏLUMAT YAYDI

Daşkəsən Rayon Prokurorluğu toy zamanı baş verən qətllə bağlı rəsmi məlumat yayıb.

Prokurorluqdan Manset.az-a daxil olan məlumatda deyilir:

"İyulun 25-i saat 18 radələrində Daşkəsən rayon sakini 1998-ci il təvəllüdlü Eldəniz Namazovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, rayon ərazisində təşkil olunmuş toy məclisində iştirak edən rayon sakini Şakir Tağıyev tanışı Eldəniz Namazov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncunun ürək nahiyəsinə xəsarət yetirərək onu qəsdən öldürüb.

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Şakir Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir".


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin