“Baykar” Ukraynaya 3 ədəd “Bayraktar” bağışladı

09:00 - 28 İyun 2022

“Baykar” Ukraynaya 3 ədəd “Bayraktar” bağışladı

Türkiyənin "Baykar" şirkəti tərəfindən 3 ədəd "Bayraktar TB2 S/PUA" Ukrayna xalqına hədiyyə edilib.

 

Manset.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin məlumatında deyilir. 

“Ukrayna xalqının vətənini müdafiə etmək üçün "Bayraktar TB2 S/PUA" almaq məqsədilə “Xalq Bayraktarı” adı ilə təşkil edilən ianə kampaniyası çox qısa müddətdə uğurla başa çatıb. İctimai xadimlər, jurnalistlər, sənətçilər, futbolçular, iş adamları, sadə insanlar, hətta uşaqlar da bu kampaniyanın uğurlu keçməsi üçün böyük və ya kiçik ianə edərək ölkələrinə dəstək oldular.

"Baykar" olaraq toplanan ianələrlə alınması nəzərdə tutulan 3 ədəd "Bayraktar TB2 S/PUA"nı heç bir ödəniş etmədən Ukraynaya bağışlayırıq. Bu məqsəd üçün toplanan bütün ianələrin Ukrayna xalqının xeyrinə istifadə olunmasını xahiş edirik", - deyə məlumatda qeyd olunur. 


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin