<

Türkiyə İsveç və Finlandiyadan bu terrorçuları tələb etdi - SİYAHI

23:55 - 27 İyun 2022

Türkiyə NATO-ya üzv olmaq istəyən Finlandiya və İsveçdən ekstradisiya tələb etdiyi adların siyahısını açıqlayıb.

Manşet.az xəbər verir ki, Finlandiyadan 6-sı PKK, 4-ü FETÖ-cü olmaqla ümumilikdə 12 nəfərin və İsveçdən 26-sı PKK, FETÖ, DHKP-C, TİKKO-çu olmaqla 33 nəfərin ekstradisiyasını tələb edilib.  Lakin bu günə kimi heç bir nəticə əldə edilməyib.

Türkiyə, NATO-ya üzvlük tələbləri ilə gündəmə gələn İsveç və Finlandiyadakı terror təşkilatlarına verdiyi dəstəyi sənədləri və məlumatları ilə nümayiş etdirib. Finlandiya indiyədək Türkiyənin ekstradisiyasını tələb etdiyi 10-u terror, 2-si isə digər cinayətlərə görə axtarışda olan 12 nəfəri təhvil verməyib. İsveç də 26-sı terror, 7-si isə başqa cinayətlərə görə axtarışda olan 33 nəfərlə bağlı dosyeyə müsbət cavab verməyib. 

Ekstradisiya tələblərinin əksəriyyətini rədd edən İsveç 11 terror şübhəlisinin dosyesinə hələ də cavab verməyib. İşi İsveçdə saxlanılan terror şübhəlilərinin əksəriyyəti FETÖ üzvləridir. FETÖ üzvləri Alperen Melikhan Doğan, Orhan Er, Ramazan Faruk Güzel, Orhan Er (eyni ad və soyadlı iki nəfər), Bülent Keneş, Levent Kenez, Murat Çetiner, Harun Tokak, Yılmaz Aytan və PKK üzvləri Derdiye Kül və Nuray Şen faylları ekstradisiya üçün Türkiyə tərəfindən göndərilib.

Türkiyənin ekstradisiyasını istədiyi bəzi terror şübhəlilərinə İsveçin vətəndaşlıq verdiyi də müəyyən edilib. Qırmızı bülleten vasitəsilə İsveçlə beynəlxalq telefon əlaqəsi olan PKK terrorçuları Halef Tak, İsmet Kayhan, Aysen Alhan (Marja Furhoff), Mehmet Sıraç, TKP-ML/TİKKO-dan Neriman Candan, Mustafa Candan və THKP-C-dən Həmzə Yalçına vətəndaşlıq verilib.  Türkiyə 2015-ci ildə ekstradisiyasını istədiyi adlarla bağlı İsveçdən yeganə müsbət cavabı alıb. İsveç Türkiyənin istədiyi PKK üzvü Mehmet Emin Çiçeni 17 fevral 2015-ci ildə deportasiya edərək Türkiyəyə ekstradisiyasını təmin edib.

İsveç adam öldürmə və narkotik kimi cinayətlərə görə axtarışda olanları vermir. Okan Kale, Dədə Taş, narkotik maddə, Şenol Arslan fırıldaqçılıq, Abdurrahman Akuş, İdris Akuş, İbrahim Akuş, qan davası nəticəsində qətlə yetirilməsi, Mehmet Turqayın isə silah qaçaqmalçılığına görə ekstradisiya edilməsi tələb edilən adlardır.

FİNLANDİYA (TERRORİZM CİNAYƏTLƏRİ)

* Sultan Aktepe (PKK)
* Sezgin Çırık (PKK)
* Burcu Ser (PKK)
* Osman Yağmur (PKK)
* Tekin İstilili (PKK)
* Acar Delil (PKK)
* Mehmet Demir (FETÖ)
* Adil Erol (FETÖ)
* Abdulkadir Yılmaz (FETÖ)
* Zeynel Abidin Karadiş (FETÖ)

 

DİGƏR CİNAYƏTLƏR

* Cevdet Vurunbigi (Prezidenti təhqir edir)
Ətraflı
* Sefer Kebabcı (Silahlı talan)

İSVEÇ: (TERROR CİNAYƏTLƏRİ)

* Derdiye Kül (PKK)
* Nuray Şen (PKK)
* Cahide Adsay (PKK)
* Aysen Alhan (PKK)
* Mehmet Sıraç Bilgin (PKK)
* Mehmet Filiz (PKK)
* İsmet Kayhan (PKK)
*Xələf Tak (PKK)
* Aziz Turan (PKK)
* Ragıp Zarakolu (PKK)
* Alperen Melikhan Doğan (FETÖ)
* Orhan Er (FETÖ)
* Ramazan Faruk Güzel (FETÖ)
* Bülent Keneş (FETÖ)
* Orhan Er (FETÖ)
* Levent Kenez (FETÖ)
* Murat Çetiner (FETÖ)
* Harun Tokak (FETÖ)
* Yılmaz Aytan (FETÖ)
* Sami Yavuz (FETÖ)
* Sinan Saraç (FETÖ)
* Nermin Candan (TKP-ML/TİKKO)
* Mustafa Candan (TKP-ML/TİKKO)
* Musa Doğan (TKP-ML/TİKKO)
* Serkan Meriç (DHKP-C)
* Həmzə Yalçın (THKP-C)

* Okan Kale (Fırıldaq)
* Dədə Taş (Narkotik)
* Arslan Şenol (Narkotik)
* Abdurrahman Akuş (Qətl)
* İdris Akuş (Qətl)
* İbrahim Akuş (Qətl)
* Mehmet Turqay (Silah qaçaqmalçısı)


Xəbər xətti

17 Avqust 2022