Türkiyədə “Qarabağ parkı” açılacaq

23:50 - 27 İyun 2022

Türkiyədə “Qarabağ parkı” açılacaq

Türkiyənin Batman şəhərində “Qarabağ parkı” açılacaq.

Manşet.az xəbər verir ki. Azərbaycanın İkinci Qarabağ müharibəsində zəfərinə həsr olunmuş parkın açılışı 30 iyunda baş tutacaq. Mərasim çərçivəsində mügənni Azərinin konsert proqramı nəzərdə tutulub. Bundan əlavə, Azərbaycanın Qarabağ bölgəsinin tarixi və mədəniyyətini əks etdirən 7 pavilyonun açılışı da olacaq.

Ümumi sahəsi 15 397 kvadratmetr olan “Qarabağ parkı” Batman bələdiyyəsi tərəfindən salınıb. Parkda uşaq meydançası, terraslar, tematik və istirahət zonaları yaradılıb.(apa)


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin