NATO Gürcüstana dəstəyi artıracaq və Tbilisidəki missiyasını genişləndirəcək

23:05 - 27 İyun 2022

NATO Gürcüstana dəstəyi artıracaq və Tbilisidəki missiyasını genişləndirəcək

NATO Gürcüstana dəstəyi artıracaq və Tbilisidəki missiyasını genişləndirəcək.

Manşet.az xəbər verir ki, bunu Madriddə keçirilən sammit ərəfəsində təşkilatın baş katibi Yens Stoltenberq bildirib

Xüsusilə, missiya və alyansın Gürcüstan paytaxtı yaxınlığındakı təlim mərkəzinin personalının sayı artırılacaq.

“Biz Gürcüstana yardımı artıracağıq. Xüsusən də məlumatlandırma, kommunikasiyalar, kibermüdafiə və təlimlər sahəsində”, - deyə Stoltenberq bəyan edib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları NATO üçün Gürcüstana əvvəlcədən dəstək vermənin vacibliyini önə çəkib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az