Azərbaycanın iki güləşçisi Avropa çempionatının finalına YÜKSƏLDİ

22:48 - 27 İyun 2022

Azərbaycanın iki güləşçisi Avropa çempionatının finalına YÜKSƏLDİ

İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı start götürüb. Çempionatda Azərbaycanı təmsil edən Nihad Quluzadə və Laçın Vəliyev Avropa çempionatının finalına yüksəliblər.

Manşet.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizə aparıb.

Nihad Quluzadə (55 kq) fransalı Ayvil Fuakeyə tam üstünlüklə (9:0) qalib gəldikdən sonra ukraynalı Nikolay Xavriçkini xalçadan məyus yola salıb - 3:1. Yarımfinalda almaniyalı Georgios Skarpellodan güclü olan (5:1) Quluzadə finala yüksəlib. Nihad həlledici görüşdə rumıniyalı Denis Mihayla qarşılaşacaq.

Ziya Babaşov (63 kq) ilk mərhələdə ukraynalı Oleq Xalilova (2:4), Xasay Həsənli (77 kq) isə türkiyəli Yüksel Sarıçiçeyə (1:3) məğlub olub.

Laçın Vəliyev (87 kq) 1/8 finalda ukraynalı Nikita Alekseyevi üstələyib - 8:5. Vəliyev 1/4 finalda isveçli Alqot Kaellmana gücünü göstərib - 4:1. Laçın yarımfinalda erməni Vigen Nazaryana 3:1 hesabıyla qalib gəlib. Güləşçimiz finalda rumıniyalı Patrik Qordanla üz-üzə gələcək.

Mübarizəyə 1/4 finaldan qoşulan Heybulla Qıstarov (130 kq) macar Adolf Başoyla bacarmayıb - 0:10. Rəqib finala yüksəldiyi üçün Qıstarov təsəlliverici görüşdə gürcü Mate Qokadzeylə münasibətləri aydınlaşdıracaq.

Qeyd edək ki, bu çəkilərdə həlledici görüşlər iyunun 28-də keçiriləcək.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin