“Adanada bir miyard dollarlıq neft yatağı kəşf etdik” - Ərdoğan

22:15 - 27 İyun 2022

“Adanada bir miyard dollarlıq neft yatağı kəşf etdik” - Ərdoğan

“Adanada neft kəşfiyyatı apardığımız iki quyuda yüksək keyfiyyətli neft tapdıq. Buradakı ehtiyatların dəyəri təxminən 1 milyard dollar olaraq hesablanıb”.

Manşet.az xəbər verir ki, bunu Türkiyə preizdenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Nazirlər Kabineti toplantısının ardından jurnalistlərin qarşısına keçən dövlət başçısı NATO sammiti öncəsi önəmli bəyanatlar verib.

“Sabah İspaniyada keçiriləcək NATO Sammitinə gedəcəyik, ölkəmizin haqq və maraqlarına uyğun olaraq nə lazımdırsa edəcəyik. NATO zirvəsində PKK/YPG, FETÖ kimi terror təşkilatları ilə bağlı nümayiş etdirilən ikiüzlülüyü sənəd, məlumat və görüntülərlə həmsöhbətlərimizə ifadə edəcəyik”, - deyə Türkiyə prezidenti bildirib.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin