Rusiya təyyarələri təmir edə bilmir - SƏBƏB

22:01 - 27 İyun 2022

Rusiya təyyarələri təmir edə bilmir - SƏBƏB

Rusiyada sanksiyalara görə təyyarələr üçün ehtiyat hissələri qıtlığı yaranıb. Müdafiə kompleksləri yüzlərlə detalın əvəzedicisini tapmağa çalışır.

Manşet.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat idarəsi məlumat yayıb.

Kəşfiyyat 8-ci Xüsusi Təyinatlı Aviasiya Diviziyasının komandanlığı ilə hərbi-sənaye kompleksi müəssisələrinin rəhbərliyi arasında rəsmi yazışmalardan ibarət materiallar əldə edib.
Bildirilir ki, “An”, “İl”, “Tu” seriyalı təyyarələrin təmiri və texniki xidməti üçün xaricdən gətirilən ehtiyat hissələri kifayət qədər deyil.

Rusiyaya tədarükü dayandırılan komponentlər arasında mayak eniş sistemləri, tüstü detektorları, meteoradarlar, radiolokasiya və naviqasiya sistemləri var.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin