Gürcüstanla Rusiya arasındakı sərhəd bağlandı

20:01 - 27 İyun 2022

Gürcüstanla Rusiya arasındakı sərhəd bağlandı

Gürcüstan və Rusiya Federasiyasını birləşdirən yeganə quru sərhəd qapısı olan “Kazbegi” güclü yağışdan sonra çayların daşması və yolun çökməsi səbəbindən müvəqqəti bağlanıb.

Manşet.az xəbər verir ki, bu haqda Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Administrasiyası məlumat yayıb.

Məlumatda hava şəraitinin pisləşməsi ilə əlaqədar “Kazbegi” sərhəd qapısında bütün əməliyyatların müvəqqəti dayandırıldığı bildirilib.

Açıqlamada, sərhəd qapısının yol tikintisi işlərindən sonra açılacağı bildirilib.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin