Ərdoğan Baydenlə görüşəcək

19:36 - 27 İyun 2022

Ərdoğan Baydenlə görüşəcək

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət başçısı Cozef Baydenlə görüşəcək.

Manşet.az xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib.

O, görüşün NATO-nun Madrid sammiti çərçivəsində baş tutacağını bəyan edib.

Sallivan qeyd edib ki, görüşdə Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyünə etirazı müzakirə ediləcək.

NATO Zirvə toplantısında bütün problemlərin həllinin mümkün olmadığını bildirən Sallivan Türkiyənin narahatlığına baxmayaraq, iki ölkənin NATO-ya üzvlüyü ilə bağlı bəzi problemlərin həlli üçün səy göstəriləcəyini vurğulayıb.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin