Conson dünyadakı qiymət artımında Putini günahlandırdı

18:03 - 27 İyun 2022

Conson dünyadakı qiymət artımında Putini günahlandırdı

Böyük Britaniyanın baş naziri Boris Conson Rusiyanın Ukraynaya hücumunun bütün dünyada yaşayış qiymətlərinin artmasına təsir göstərdiyini deyib.

Manşet.az xəbər verir ki, G7 sammitində olan Conson "Twitter"də Rusiya prezidenti Vladamir Putinin Ukraynadakı hərəkətlərinin dünyada enerji və ərzaq qiymətlərini artırdığını deyib.

"Qlobal liderlər Ukraynaya kömək etmək və bütün dünyada ev təsərrüfatlarının həyatını asanlaşdırmaq üçün bir araya gəlməlidirlər. Heç bir şey masadan kənarda qalmamalıdır", deyə baş nazir bildirib.(apa)


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin