<

Azyaşlı qızını ərə vermək istəməyən ana danışdı: Dedim ki... - VİDEO

16:05 - 27 İyun 2022

Daha bir erkən nikahın qarşısı alınıb. Sosial şəbəkələrdə Goranboyda azyaşlı qızın evləndirilməsi xəbərləri yayıldıqdan sonra aidiyyəti qurumlar hərəkətə keçiblər...

 

Manset.az xəbər verir ki yeniyetmə qızın anası Məleykə Əhmədova "Xəzər Xəbər"ə açıqlamasında 4 gün əvvəl nişan mərasiminin keçirildiyini etiraf edib.

Onun sözlərinə görə, oğlan tərəfi tezliklə toy edib qızı aparmaq istəyib, ancaq qız tərəfi buna razı olmayıb.

Oğlan tərəfinin isə rayonun Yeni Yol kəndində yaşadığı bildirilir. Sosial şəbəkələrdə toyun iyunun 27-də keçiriləcəyi qeyd olunurdu. Hüquq mühafizə orqanlarının müdaxiləsindən sonra erkən nikahın qarşısı alınıb.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısının müavini Mirvari Ağamalıyeva bildirib ki, toy mərasiminin qarşısı alınsa da, hazırda aidiyyəti qurumlar tərəfindən həmin ailələr nəzarətdə saxlanır.


Xəbər xətti

17 Avqust 2022